BANM-in gənc müəllimi: "Daim yenilik və inkişaf axtarışında olmalıyam"

BANM-in gənc müəllimi: "Daim yenilik və inkişaf axtarışında olmalıyam"
11:05 29 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+

“WhatsApp”dan gözlənilməz YENİLİK (29 Aprel 2017 11:13)
BANM-in müəllimi: "Məzunlarımız doğma Ali Məktəbimizi daima xatirələrində yaşatsınlar" (05 Aprel 2017 11:17)

Zərgərova Sevda Hüseyn qızı 1987-ci ildə Bakıda anadan olub. 2004-cü ildə Bakıda Fizika-riyaziyyat və informatika təmayüllü liseyi bitirib. Həmin il TQDK-nın keçirdiyi ali məktəblərə qəbul imtahanında 666 bal toplayaraq Qafqaz Universitetinə daxil olub və prezident təqaüdçüsü adına layiq görülüb. 2004-2005-ci tədris ilində Qafqaz Universitetində təhsil aldıqdan sonra Türkiyə Respublikasının Orta Doğu Texniki Universitetinin "Kimya mühəndisliyi" fakültəsinə daxil olub. 2010-cu ildə fərqlənmə diplomu ilə həmin ali təhsil müəssisəsinin məzunu olub və elə həmin il də Türkiyədə Hacettepe Universitetinin "Kimya mühəndisliyi" fakültəsinin magistratura pilləsinə daxil olub. 2013-cü ildə təhsilini müvəffəqiyyətlə başa çatdıraraq Vətənə dönüb. Sevda Zərgərova 2013-cü ilin oktyabr ayında Bakı Ali Neft Məktəbinin (BANM) "Kimya mühəndisliyi" kafedrasında müəllim kimi fəaliyyətə başlayıb. O, həmçinin 2014-cü ildən Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Neft kimyası" ixtisası üzrə dissertantıdır.

BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, hal-hazırda BANM-in "Kimya mühəndisliyi" kafedrasında baş müəllim vəzifəsində çalışır.

- Kimyaya marağınız haradan yaranıb? İxtisasınız üzrə xaricdə təhsil almaq fikrinə necə gəldiniz?

- Texniki fənlərin hamısına hər zaman böyük marağım olub. Təbiət elmlərindən olan kimyaya qarşı isə marağım xüsusi olub. Anam orta məktəbdə kimya müəllimidir. Ona görə də bizə "Kimya"nı sadəcə texniki bir fənn olaraq deyil, eyni zamanda onun tədbiqi sahələrini də öyrədib. Gündəlik həyatımızda gördüyümüz hadisələrin kimyəvi tərəflərini bizə göstərir, elmi mənalarını izah edirdi. Bu da mənə həmişə maraqlı gələrdi. Əslində xaricdə təhsil almaq fikri mənim üçün gözlənilməz oldu. Orta məktəb illərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Riyaziyyat" fənni üzrə keçirdiyi şəhər və respublika fənn olimpiadalarında iştirak etmişdim və respublika üzrə 2-ci və 3-cü dərəcələrə sahib idim. Yüksək nəticələrimə görə BP şirkəti tərəfindən təşkil olunan imtahana dəvət olundum. İmtahandan qazandığım yüksək nəticəyə əsasən, BP şirkətinin təqaüdünə layiq görüldüm və eyni zamanda, təhsilimi xaricdə davam etdirmək imkanı əldə etdim. Təhsilimi başladığım andan etibarən verdiyim qərarın doğruluğundan əmin oldum. İxtisasımın dərinliklərinə yiyələndikcə, Azərbaycanda "Kimya mühəndisliyi" ixtisasının yaradılmasının vacibliyini dərk etdim.

- Sizin fikrinizcə, xaricdə təhsil almağın hansı müsbət cəhətləri və ya fərqləri var?

- Xaricdə təhsilin əsas müsbət tərəflərindən biri ondan ibarətdir ki, Vətəndən uzaq olduğumuz müddətdə "Vətən" sözünün mənasını daha dərindən dərk etmək mümkündür. Bu zaman ərzində Vətənə olan sevgimizi və ona qarşı borclarımızı, məsuliyyətimizi görə bilirik. Vətəndən, ailədən, doğma insanlardan məsafəcə uzaqlıq əslində mənəvi olaraq onlara yaxınlıq yaradır. Xaricdə təhsilin digər müsbət xüsusiyyəti odur ki, öz hüquqlarımızı və öhdəliklərimizi daha yaxşı anlayırıq. Başqa millətlərin qarşısında Azərbaycanın gəncliyinin təmsilçilərinə çevrilirik. Nəticə olaraq, qısa bir zamanda müstəqil şəxs kimi formalaşma yaranır. Başqa müsbət xüsusiyyət isə, beynəlmiləl tələbələrlə təmasda olduqca fərqli mədəniyyətlər, fərqli insanlarla ünsiyyətdir.

- İlk işinizə harada başlamısız və ilk əməkhaqqınızı xatırlayırsızmı?

- İlk dəfə BP şirkətində 2008-ci ildə 2 aylıq yay təcrübəsi keçdim. İlk maaşımı da həmin şirkətdə almışdım. Təbii ki, ilk maaşımın məbləğini xatırlayıram, amma sirr olaraq qalmasını istərdim. Sadəcə çox bərəkətli olduğunu vurğulaya bilərəm. Mənim üçün tədris zamanı aldığım təqaüdlər daha çox qürurverici idi. Tədris illərimdə dörd təqaüd almışam - prezident təqaüdü, BP şirkətinin təqaüdü, Qafqaz Universitetinin təqaüdü və Türkiyə Respublikasının Başbakanlık təqaüdü. Bu günə kimi də hamısı ilə fəxr edirəm.

- Bəs Bakı Ali Neft Məktəbində fəaliyyətə başlamanız necə oldu?

- Təhsilimi bitirdikdən sonra, 2013-cü ildə Azərbaycana geri qayıtdım və iş axtarmağa başladım. Azərbaycanda yeni tədris ocağı olan BANM-in fəaliyyət göstərməyə başladığını eşidincə birbaşa sənədlərimi təqdim etməyi qərara aldım. Təhsil ocağının müasir təhsil metodlarından, elektron tədrisdən istifadə etməsi mənim üçün çox cəlbedici oldu. Eyni zamanda, təhsilin ingilis dilində olması mənim üçün üstünlük yaratdı. Təhsilimi ingilis dilində aldığım üçün fəaliyyətimi də ingilis dilində davam etdirmək istəyirdim.
Qısa bir müddətdən sonra Ali Məktəbin rektoru Elmar Qasımov tərəfindən dəvət aldım və "Kimya mühəndisliyi" kafedrasında müəllim vəzifəsində fəaliyyətə başladım. Hal-hazırda 2 ildən artıqdır ki, BANM-də fəaliyyət göstərirəm.

- Bir gənc müəllim olaraq gənclərlə və professor-müəllim heyəti ilə işləməyin məsuliyyəti nədən ibarətdir?

- Bir gənc olaraq ali təhsil ocağında işləmək həm çox maraqlı, həm də çox məsuliyyətlidir. Təcrübəli professor-müəllim heyəti ilə birlikdə çalışdıqca müəllimlik peşəsinin sirlərini mükəmməl şəkildə dərk edəcəyimi düşünürəm. İstər "Kimya mühəndisliyi" kafedrasının, istər də digər kafedraların təcrübəli müəllimləri tərəfindən verilən tövsiyələrə əməl etməyə, onların təcrübələrindən yararlanmağa çalışıram. Eyni zamanda, gənc müəllim olaraq gənclərlə birlikdə çalışmaq çox maraqlıdır. Bir gənc kimi gənclərin dinamikasına, sürətlərinə yetişmək mənim üçün daha rahatdır. Yüksək potensiala, biliklərə malik tələbələrlə işləyərkən daim yenilik və inkişaf axtarışında olmalıyam.

Milli.Az



RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Türkiyədə zəlzələ baş verdi

01 May 2017 10:45

İslamiada: “Qalatasaray” və “Beşiktaş”ın futbolçuları Bakıya gəlir

01 May 2017 10:44

Cahangir Əsgərovun qızı ingilisə ərə getdi - FOTOLAR

01 May 2017 10:43

“Milyonlarla insan öləcək” – Trampdan DƏHŞƏTLİ XƏBƏRDARLIQ

01 May 2017 10:43

Tanınmış jurnalistin səhhətində problem yarandı

01 May 2017 10:43

17 yaşlı qız evə oğlan gətirdi, "əri" oyanıb onları birlikdə tutdu - Gizli sevgi ölümlə nəticələndi - FOTO

01 May 2017 10:42

Ağstafada ADB-nin maliyyələşdirdiyi 4 körpünün tikintisi bitmək üzrədir

01 May 2017 10:42

İki nazir istefaya göndərildi

01 May 2017 10:40

Azərbaycanda məktəbli oğlanın DƏHŞƏTLİ SONU - TƏFƏRRÜAT

01 May 2017 10:39

Nəsimi Paşayev əməliyyat olundu

01 May 2017 10:37

QMİ sədri: "Azərbaycanda heç vaxt dini zəmində münaqişə baş verməyib"

01 May 2017 10:37

"Fənərbağça"da ciddi itki

01 May 2017 10:37

“Google Chrome” brauzeri hər bir təhlükəli veb səhifə haqda xəbərdarlıq edəcək

01 May 2017 10:35

İlham Əliyev Bakı Ali Neft Məktəbinin kampusunun açılışında iştirak edib

01 May 2017 10:35

"Apamark" müştəriləri ilə daha sıx əlaqədə olacaq

01 May 2017 10:34

İslamiada zamanı kimlər nəqliyyatdan pulsuz istifadə edəcəklər? - RƏSMİ

01 May 2017 10:32

3 tələbə evə çağırdıqları qızları döyüb sosial şəbəkədə VİDEOlarını paylaşdılar - FOTO

01 May 2017 10:32

Müdafiə nazirinin müavini: "Ukrayna və Azərbaycan bir sıra sahələrdə fəal əməkdaşlıq edir"

01 May 2017 10:32

Prezident İlham Əliyev Bakı Ali Neft Məktəbinin kampusunun açılışında iştirak edib

01 May 2017 10:29

"Qafqazın fatehi"nin çürüməyən cəsədi - İNANILMAZ DETAL

01 May 2017 10:28

Oksana üçün özəl gün - FOTO

01 May 2017 10:27

"Qəbələ"nin hücumçusu: "Final oyununda komandamız qələbəyə köklənib"

01 May 2017 10:27

Kliçkonu məğlub edən Coşua: "Milyonlar həyatımı dəyişməyəcək" - VİDEO - FOTO

01 May 2017 10:27

Azərbaycan-Türkiyə birgə taktiki təlimləri başlayıb

01 May 2017 10:26

Ağstafada 4 avtomobil körpüsünün tikintisi yekunlaşır (VİDEO/FOTO)

01 May 2017 10:22

Dövlət Dəniz Administrasiyasında “E-hökumət” portalından istifadə ilə bağlı tədbir keçirilib (FOTO)

01 May 2017 10:22

AİF xətti ilə verilən kreditlərin həcmi 795 mln. maata çatıb

01 May 2017 10:22

"Başakşəhər" klubundan tarixi uğur

01 May 2017 10:22

Azərbaycan-Türkiyə birgə taktiki təlimləri başladı

01 May 2017 10:19

Qanamanı 10 saniyədə dayandırır

01 May 2017 10:19

Azərbaycanlı xoreoqraf "Eurovision" təmsilçimiz üçün MÖHTƏŞƏM SƏHNƏ ŞOUSU hazırladı - VİDEO/FOTO

01 May 2017 10:18

Aktrisa doğum günündə o qədər içdi ki, ayaq üstə dayana bilmədi - FOTO

01 May 2017 10:17

Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verilib

01 May 2017 10:17

Təyyarə hava burulğanına düşdü

01 May 2017 10:16

Şəkidə meşədə qətl - Qaynını güllələdi

01 May 2017 10:15

İslam Oyunları vaxtı bu şəxslər avtobuslardan pulsuz istifadə edəcək

01 May 2017 10:14

Bu gündən ictimai nəqliyyatdan istifadə PULSUZDUR - FOTO

01 May 2017 10:13

Xoşqədəm məğlub oldu - VİDEO

01 May 2017 10:12

"Malaqa" "Sevilya"ya qarşı

01 May 2017 10:12

Bakıda görünməmiş fırıldaq - Taxta soxurlar ki... - FOTO

01 May 2017 10:12

Bu gündən avtomobillərdə pərdə və jalüzlərin istifadəsinə icazə verilib

01 May 2017 10:12

Məşhur müğənninin əməliyyatdan əvvəlki halı - FOTO

01 May 2017 10:12

"Sarı zolaq"laq bu gündən yoxsa mayın 5-dən keçərlidir...?

01 May 2017 10:12

Pirallahıda 2 nəfər maşının altında qalıb öldü

01 May 2017 10:09

ŞOK AİLƏ DRAMI – Qardaşlarını və onların həyat yoldaşlarını öldürdü – FOTOLAR

01 May 2017 10:08

Mayın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb

01 May 2017 10:08

“Petkim”də iki yeni müəssisənin yaradılması planlaşdırılır

01 May 2017 10:07

Macarıstan XİN-in mədəniyyət məsələləri üzrə dövlət katibi Azərbaycana səfər edəcək

01 May 2017 10:07

Azərbaycanda yüksək vəzifəli şəxsin səhhəti pisləşdi

01 May 2017 10:06

"Bursaspor" "Qalatasaray"ı qəbul edir

01 May 2017 10:05