Azərbaycanda zavod direktoru vəfat etdi

11:06 29 Dekabr 2015
64 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda zavod direktoru dünyasını dəyişib. ANS PRESS-in məlumatına görə, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun direktoru Ayaz Qarayev dünyasını dəyişib.

Zavoddan ANS PRESS-ə verilən məlumata görə, A.Qarayev ötən gün dünyasını dəyişib.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Ayaz Qarayevin vəfatından kədərləndiyini bildirib və mərhumun ailəsinə başsağlığı verib.

Allah rəhmət eləsin!

Zavod dərin dəniz özüllərinin layihələndirilməsi, hazırlanması, quraşdırılması, suya buraxılması, təyinat yerinə nəqli, layihə nöqtəsinə qoyulması, dayaqların bərkidilməsi və istismara buraxılması ilə məşğuldur.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368399

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR