"Xəzər Lənkəran"da böyük görüş baş tutdu: hansı qərarlar verildi?

"Xəzər Lənkəran"da böyük görüş baş tutdu:   hansı qərarlar verildi?
11:07 29 Dekabr 2015
64 İdman
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi ötən gün "Xəzər Lənkəran"da baş məşqçi Yunis Hüseynovla klub rəhbərliyi arasında görüş keçirilməli idi. Əldə etdiyimiz məlumata görə, gözlənilən toplantı baş tutub.


Lakin gözlənildiyi kimi iclasda komandanın taleyi ilə bağlı qərar qəbul edilməyib. Belə ki, Yunis Hüseynov komandanın yeni transferlərə ehtiyacının olduğunu bildirib. Klub rəhbərliyi isə qış toplanışı zamanı bu məsələlərin həllinə çalışacaqlarını vəd edib. 


Ən əsas məsələ - FIFA-nın tələb etdiyi 600 min dolların ödənilməsinə gəlincə, bu məsələdə də heç bir yenilik yoхdu. Dekabrın 31-dək bu məbləği ödəməli olan klub rəhbərliyi hələ də lazım olan vəsaiti tapmayıb.


Qeyd edək ki, klub Renato Keyruş, Eder Bonfim və Qalin İvanova 600 min dollar verməlidi. FIFA kluba dekabrın 31-ədək vaхt verib. Əks halda "Xəzər Lənkəran" I diviziona göndəriləcək. Bu məbləğin 1/3-ni - yəni 200 min dollarını ödəməklə məsələni müvəqqəti həll eləmək olar. 


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotxzr-lnkranquotda-boyuk-goru-ba-tutdu-t46491.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR