Azərbaycanda vərəmdən ölüm hallarının sayı azalıb

Azərbaycanda vərəmdən ölüm hallarının sayı azalıb
11:13 29 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 29 dekabr, AZƏRTAC
Səhiyyə Nazirliyi tərəfindən “2016-2020-ci illər üçün İİV və QİÇS-lə mübarizə üzrə yeni Tədbirlər Proqramı” hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Proqram xəstəliklə bağlı problemlərin köklü surətdə həlli məqsədilə geniş profilaktik tədbirlərin aparılmasına, xəstələrin antiretrovirus preparatları, qulluq və dəstəklə təmin edilməsinə, laborator xidmətin müasir avadanlıq və reaktivlərlə təchizatına və bu sahə üçün kadrların hazırlanmasına yönəlib.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov 2015-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclasında çıxışı zamanı deyib.
Şöbə müdiri bildirib ki, bu gün ölkəmizdə yoluxucu xəstəliklərlə mübarizə və profilaktika sahəsində aparılan tədbirlər epidemioloji sabitliyi qoruyub saxlamağa imkan verib. Peyvənd planının təxminən 95-96 faiz yerinə yetirilməsi nəticəsində xüsusi profilaktika vasitələri ilə idarəolunan xəstəliklərin azaldılması üzrə stabil dinamika əldə edilib.
Qeyd edilib ki, xəstələrin birinci və ikinci sıra dərman preparatları ilə tam təmin olunması nəticəsində son üç ildə vərəmin dinamik azalma tendensiyasına nail olunub. 2015-ci ildə bu xəstəlikdən ölüm hallarının sayı da azalıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanda_veremden_olum_hallarinin_sayi_azalib-915190

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR