Ronaldo: ""Qızıl top" Messiyə verilməlidir"

Ronaldo: ""Qızıl top" Messiyə verilməlidir"
11:17 29 Dekabr 2015
77 İdman
Ölkə mətbuatı
A- A+

Əfsanəvi futbolçu, Braziliya yığmasının sabiq üzvü Ronaldo maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Lionel MessiKriştianu Ronaldunu müqayisə edən "fenomen" "Qızıl top" mükafatına layiq hesab etdiyini oyunçunun adını açıqlayıb.

O bildirib ki, adaşı güclü futbolçu olsa da, Messidən geri qalır: "Lionel Kriştianudan parlaq oyun nümayiş etdirir. Messinin çıxışı tamdır və əminəm ki, "Qızıl top" mükafatı bu il ona qismət olacaq. Mənim seçimim Leodur. "Qızıl top" Messiyə verilməlidir. Onun oyununu daha çox bəyənirəm. Messi meydanda maksimum dərəcədə effektli çıxış göstərir".
 
Qeyd edək ki, "fenomen" karyerası ərzində 3 dəfə dünyanın ən yaxşı oyunçusu seçilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/393921.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR