Macarıstan konsulu Rusiyada öldü

Macarıstan konsulu Rusiyada öldü
11:17 29 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+

Macarıstanın Rusiyadakı baş konsulu Pal Ene Fabian yol-nəqliyyat qəzasına düşüb.
Yekaterinburq şəhərindəki konsulluğa başçılıq edən diplomat Ufa şəhərindəki xəstəxanada keçinib. O, Başqırdıstanda qəzaya düşmüşdü.
Milli.Az LifeNews-a istinadən bildirir ki, koma vəziyyətindəki diplomatı həkimlər xilas edə bilməyiblər.

Qəza Kropaçyovo-Mesyaqutovo-Açit yolunun 87-ci kilometrində baş verib. Konsulun olduğu "Volvo" maşını "QAZ-53" yük avtomobili ilə toqquşub.
Qəzada çox ağır kəllə-beyin travması alan, döş qəfəsi əzilən və sümükləri sınan konsul xəstəxanaya aparılmış, ağciyər ventilyasiyası aparatına qoşulmuşdu.
 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/393922.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR