Almanlar Qarabağı "qəfil" niyə sevdilər?

Almanlar Qarabağı "qəfil" niyə sevdilər?
11:22 29 Dekabr 2015
33 Ölkə
Ölkə mətbuatı
A- A+

2015-ci ildə 10-dan artıq insan adının "qara siyahı"dan çıxarılması üçün Xarici İşlər Nazirliyinə müraciət edib. Dailykarabakh saytının araşdırmasına görə, XİN bu müraciətlərin hamısına müsbət cavab verib.

2015-ci ildə, eyni zamanda 10-dan artıq insan XİN-in rəsmi icazəsi ilə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib.

Araşdırmalar zamanı məlum olub ki, 2015-ci ildə ötən illərdə olduğu kimi Azərbaycanın işğal altında olan ərazilərə səfər edən xarici vətəndaşların böyük əksəriyyəti ya aldadılıb, ya da erməni lobbilərinin təsiri altında bunu həyata keçirib.

Hazırda XİN-in "qara siyahı"sında 50-yə yaxın ölkədən 509 nəfər var.

Xarici İşlər Nazirliyinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısına Minsk qrupunun həmsədr ölkələri və inkişaf etmiş Avropa dövlətləri başçılıq edir. Artım tendensiyası Almaniyaya məxsusdur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/393909.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR