Ölkəmizi dəfələrlə xaricdə təmsil etmiş rəssamın Bakıda növbəti sərgisi açılacaq

Ölkəmizi dəfələrlə xaricdə təmsil etmiş rəssamın Bakıda növbəti sərgisi açılacaq
11:23 29 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 29 dekabr, AZƏRTAC 
Dekabrın 30-da ölkəmizi dəfələrlə xaricdə təmsil etmiş, tanınmış rəssam Lalə Ağayevanın Bakıda növbəti rəsm sərgisi açılacaq.
AZƏRTAC xəbər verir ki, “Yuxu” adlanan sərgiyə giriş sərbəstdir.
Daha çox abstrakt və sürrealist üslubda rəsmlər çəkən L.Ağayevanın ilk sərgisi 2000-ci ildə keçirilib. Rəssam 100-ə yaxın diplom və sertifikatlara layiq görülüb. Bundan başqa, əsərləri muzey və qalereyalarda nümayiş olunub. Ölkəmizi “World Art Games” da təmsil edib, diplom və kataloqla təltif olunub.
Lalə Ağayeva 2003-cü ildən Azərbaycan Rəssamlar İttifaqının, 2005-ci ildən Gürcüstan və Azərbaycan Assosiasiyasının, 2005-ildən isə “Uluslararası Aktivist Sanatçılar” Birliyinin üzvüdür.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Olkemizi_defelerle_xaricde_temsil_etmis_ressamin_Bakida_novbeti_sergisi_achilacaq-915194

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR