Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası olub

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası olub

Date: 29 December 2015 11:23


Bakı, 29 dekabr, AZƏRTAC 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun 53-1-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) sorğusuna baxılaraq icraata qəbul olunması haqqında qərardad çıxarılıb.
Palata Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) sorğusu əsasında işə baxaraq digər qərardadla sorğunu icraata qəbul edib.
Sorğulara mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun yanvarın 22-nə və 26-na təyin edilmiş iclasında baxılacaq.

Tags:  Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası olub


RƏYLƏR


Top news