Ermənistanda ara qarışdı, xəsarət alanlar var

Ermənistanda ara qarışdı, xəsarət alanlar var
11:31 29 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistanda etiraz aksiyası keçirilib. Yaralılar var.

ANS PRESS-in məlumatına görə, Ermənistanın Azadlıq meydanında "Yeni Ermənistan" ictimai qurtuluş cəbhəsinin tərəfdarları ilə polis arasında qarşıdurma baş verib. Nəticədə bir nəfər bıçaqlanıb. Onu dərhal xəstəxanaya aparıblar.

"Ayağa qalx, Ermənistan" oturaq aksiya təşəbbüsü qrupunun üzvü Qarik Eqiazaryan bu barədə mətbuata məlumat verib. Onun sözlərinə əsasən, etirazçılarla polislər arasında olan anlaşılmazlıq "Yeni Ermənistan" plakatı üstündə düşüb.

Spendiaryan adına Milli akademik opera və balet teatrının əməkdaşları aksiya iştirakçılarından 4 saat ərzində teatrın binasında olan "Yeni Ermənistan" plakatını çıxarmağı tapşırıblar. Əvvəlcə piket iştirakçıları buna razılıq versələr də, sonradan yenidən binaya plakatı asmaq istəyiblər. Lakin bu dəfə onlara polis icazə verməyib və iki tərəf arasında anlaşılmamazlıq yanaşıb.


Ermənistanda etiraz aksiyası


"Hadisə nəticəsində mənim babam da boyun nahiyəsindən xəsarət alıb. Ona tibbi yardım göstərdim və o, evə getdi", - deyə iştirakçı Qarik Eqiazaryan danışıb.

Qarikin sözlərinə görə, onlar plakatı müvəqqəti çıxarmışdılar, daha sonra teatrın əməkdaşları binanın tarixi-mədəniyyət abidəsi olduğunu əsas gətirərək plakatı taxmağa icazə verməyiblər .

"Yeni Ermənistan" ictimai qurtuluş cəbhəsinin tərəfdarları tələb edirlər ki, Ermənistanda keçirilmiş seçkilərin nəticələrinin düzgün olmadığı elan olunsun.

Ermənistanda parlament seçkiləri bu ayın 7-də baş tutub. Məlumata görə, seçkilərdə seçicilərin 62,33%-i iştirak edib.


Ermənistan prezidenti Serj Sarkisyanın seçkilərdə iştirakı


Nəticələrə görə, Ermənistan vətəndaşları prezidentli respublika idarəetmə formasından imtina edərək, parlament idarə üsuluna keçib. İslahatda nəzərdə tutulur ki, prezidenti parlamentdə seçəcəklər və onun səlahiyyət müddəti beş ildən yeddi ilədək olacaq, lakin dövlət başçısı postunu tutan şəxs yalnız bir dəfə seçilə bilər.

Bu seçkilərdən sonra Ermənistanda dəfələrlə etiraz aksiyaları keçirilir.


Ermənistanda etiraz aksiyası

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368394

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR