Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Faiq Ağayev ad gününü necə qeyd edir?

Faiq Ağayev ad gününü necə qeyd edir?

Date: 29 December 2015 11:49

Bu gün xalq artisti Faiq Ağayevin doğum günüdür. Lent.az-ın məlumatına görə, tanınmış ifaçı bildirib ki, özəl gününü elə də təmtəraqlı qeyd etməyəcək. Ad günündə yalnız ailəsinin əhatəsində olacaq.

Xatırladaq ki, Faiq Ağayev 1971-cı ildə Bakıda dünyaya göz açıb. Peşəkar səhnəyə ilk qədəmlərini 1988-ci ildə qoyub. Elə həmin il də ilk uğurunu qazanıb. Belə ki,  "Bakı Payızı-88" müsabiqəsinin qalibi olub. Bu müsabiqədən sonra "Qizil Payiz-89" respublika müsabiqəsində, Beynəlxalq "Vitebsk-90" müsabiqəsində, Beynəlxalq "Yalta-92" televiziya müsabiqəsində də qalib gələrək, hələ tələbə ikən peşəkar ifaçı kimi ad qazanıb.

1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyoru fakültəsini fərqlənmə diplomu ilə bitirib. Universiteti bitirdikdən sonra Klavdiya Şuljenko adına "Xarkov-95" Beynəlxalq Retro mahnılar müsabiqəsində və "Qızıl Şlyager" – Mogilyov – 96 Beynəlxalq müsabiqəsində də qalib gəlib.

1998-ci ildə Faiq Ağayev "İlin konserti" nominasiyasında, 1999-cu ildə isə "Dəşti" klipinə görə "İlin klipi" nominasiyasında "Humay" Milli Mükafatının sahibi olub.


Tags:  Faiq Ağayev ad gününü qeyd edir

RƏYLƏR


Top news