Faiq Ağayev: "Böhran hələ mənim “qapımı döyməyib” (VİDEO, FOTO)

Faiq Ağayev: "Böhran hələ mənim “qapımı döyməyib” (VİDEO, FOTO)
11:51 29 Dekabr 2015
42 Şou
Ölkə mətbuatı
A- A+

Bu gün xalq artisti Faiq Ağayevin doğum günüdür.

ANS PRESS-in məlumatına görə, müğənninin 44 yaşı tamam olur. 17 yaşından səhnədə olan Faiq Ağayev 44 illik ömrünün 27 ilini sənətə həsr edib.

ANS TV-də yayımlanan “Yoldaş Rövşanə” verilişinin son buraxılşının qəhrəmanı olan Faiq Ağayev ad günü barədə belə deyib:

“Məni ilk dəfə görən insanlar mənə 44 yaş vermir. İnsanın 3 yaşı var: pasport, psixoloji və ruh yaşı var. Ruh yaşım səhnədə olan fəaliyyətimə bərabərdir. 27-28 yaşda bir insan kimi hiss edirəm özümü. Ağlıma görə anam ilə eyni yaşdayıq. Təxminən 60-65 yaş. Pasport yaşım 44-dür. Kişilərdə deyillər ki, orta yaş böhranı olur adətən. O zaman onlar özlərindən yaşca aşağı olanlara vurulurlar, yenidən ikinci cavanlıq yaşamağa başlayırlar. Hələ ki, bu böhran gəlib mənim “qapımı döyməyib”.


Faiq Ağayev "Yoldaş Rövşanə"də

Faiq Ağayev sosial şəbəkədə özünü təbrik edib. O, əlində "Ad günüm mübarək" yazılı plakatda şəkil çəkdirərək "Facebook" səhifəsində paylaşıb.


Faiq Ağayevin "Faceboook" səhifəsi

Xalq artisti hələ də subay olduğunu və ürəyi boş olduğunu deyib. Faiq Balağa oğlu Ağayev 1971-cı il dekabrın 29-da Bakıda anadan olub. 1988-ci ildə "Bakı Payızı - 88" respublika mahnı müsabiqəsində qalib gələrək səhnə karyerasına başlayıb. 29 yaşında "Azərbaycanın Əməkdar artisti", 37 yaşında "Azərbaycanın Xalq artisti" adlarına layiq görülüb.


Faiq Ağayev "Sən gəlməz oldun"

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=368396

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR