​Azərbaycanda keçmiş deputatlığa namizəd evində baş verən partlayış nəticəsində ölüb

​Azərbaycanda keçmiş deputatlığa namizəd evində baş verən partlayış nəticəsində ölüb
11:52 29 Dekabr 2015
32 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 29 dekabr. REPORT.AZ/ Lənkəran şəhərində partlayış baş verib. "Report"un məlumatına görə, hadisə şəhərin Hənifə Abdullayev 4 ünvanında qeydə alınıb. Hadisə zamanı yaralanmış 51 yaşlı Elçin Məmmədağa oğlu Şirməmmədov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.
Yaralıya bədənin bütün səthinin ikinci dərəcəli termiki yanığı diaqnozu qoyulub və vəziyyəti ağır olduğundan Bakı şəhərinə göndərilib. E.Şirməmmədov Bakıdakı xəstəxanada iki gündən sonra dünyasını dəyişib. İlkin ehtimala görə partlayışa səbəb vanna otağında qaz sızması olub.
Qeyd edək ki, E.Şirməmmədov bu il keçirilən parlament seçkilərində 73 saylı Lənkəran Şəhər Seçki Dairəsindən deputatlığa namizəd olub. Xatırladaq ki, həmin dairədə Rüfət Quliyev qalib gələrək deputat seçilib.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/azerbaycanda-kecmis-deputatliga-namized-evinde-bas-veren-partlayis

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR