Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanın nağd valyuta bazarında qıtlıq yaranıb

Azərbaycanın nağd valyuta bazarında qıtlıq yaranıb

Date: 29 December 2015 11:52

Bakı. 29 dekabr. REPORT.AZ/ "Report" agentliyinin analitik qrupunun bu gün, səhər saatlarında 28 May küçəsində yerləşən valyutadəyişmə məntəqələri üzrə apardığı monitorinq nəticəsində nağd ABŞ dollarının alış və satışının dayandırıldığını qeydə alıb.
Qeyd edək ki, AMB-nin bu günə olam rəsmi məzənnəsi 1,5578 AZN/USD səviyyəsində açıqlansa da,  dünən, dekabrın 28-də keçirilən valyuta hərraclarında tələbin qarşılanmaması nəticəsində bu gün valyuta bazarında qıtlıq müşahidə olunur. Məhz bu səbəbdən AMB, saat 15:30-da keçirdiyi hərracı bu gün saat 11:45-ə təyin edib. Əgər bu hərracda da AMB tələbi qarşılamasa, satış məzənnəsinin 2,00 manata doğru yüksələcəyi istisna edilmir. 
Məlumat üçün bildirək ki, AMB dünən tələbin 40%-ni qarşıladığından axsam saatlarında satış məzənnəsi 1,70 AZN/USD-yə yaxınlaşıb. Hazırda bəzi banklarda dollar satışı həyata keçirilsə də, bu, 1,65 AZN/USD qiyməti ilə aparılır və satışın həcmi 500-1000 dollar məbləği ilə məhdudlaşdırılıb.
"Valyuta hərracları vasitəsilə mütəşəkkil bazarda kommersiya banklarına dollar kütləsi satan AMB satışı "ən yaxşı təklif" prinsipi ilə həyata keçirir. Dekabrın 28-də 80 mln. dollara yaxın valyuta satan AMB-nin mütəşəkkil valyuta bazarına intervensiyasının bu gün də yüksək olacağı gözlənilir. Həftəsonu yaranan məzənnə riskinə getmək istəməyən insanların Yeni il bayramına qədər manat vəsaitlərini dollara çevirəcəkləri istisna edilmir. Bu səbəbdən bayrama qədər AMB-nin valyuta satışının yüksək olması proqnozlaşdırılır. Rəsmi məzənnənin isə hər gün artması insanların valyuta alışını daha da stimullaşdırır", - deyə "Report"un analitikləri bildiriblər.


Tags:  Azərbaycanın nağd valyuta bazarında qıtlıq yaranıb

RƏYLƏR


Top news