Meksikada keçirilən tədbirdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətindən söhbət açılıb

11:58 29 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 29 dekabr, AZƏRTAC
Azərbaycanın Meksikadakı səfirliyində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə keçirilən tədbirdə bu ölkədə yaşayan icmamızın nümayəndələri – tanınmış elm və mədəniyyət xadimləri də daxil olmaqla, cəmiyyətin müxtəlif təbəqələrindən olan həmvətənlərimiz bir araya gəlib. Bu barədə AZƏRTAC-a Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.
Tədbirdə Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi və əhəmiyyəti haqqında danışıb. O, həmvətənlərimizi Azərbaycanın təbliği və dövlət maraqlarının təmin edilməsi istiqamətində səylərini gücləndirməyə çağırıb.
Sonra Azərbaycan Prezidenti İlham Əliyevin Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına müraciətinin mətni oxunub.
Tədbirdə Azərbaycanın milli mətbəx nümunələrindən ibarət ziyafət verilib, xalq musiqiləri səsləndirilib. Səfirlik tərəfindən ispan dilində hazırlanan və Meksikada nəşr edilən “Xocalıda soyqırımı” jurnalı, “Azərbaycan mətbəxi” kitabı, eləcə də “İrəvan xanlığı”, “Sumqayıt 1988: Cinayət və Cəza” kitabları, ispandilli “İRS” jurnalının buraxılışları iştirakçılara paylanılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Meksikada_kechirilen_tedbirde_Dunya_Azerbaycanlilarinin_Hemreylik_Gununun_ehemiyyetinden_sohbet_achilib-915203

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR