Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bəyimxanım Vəliyeva İmadəddin Nəsimidən oxudu – video

Bəyimxanım Vəliyeva İmadəddin Nəsimidən oxudu –  video

Date: 29 December 2015 12:06

“Böyük şairimiz İmadəddin Nəsiminin sözlərinə yazılmış bu əsəri ilk dinlədiyimdə çox kədərləndim və təəssüf hissi keçirdim ki, bu cür gözəl sözlər hələ bizdə ifa olunmayıb”.

Bu sözləri Axşam.az-a açıqlamasında əməkdar artist Bəyimxanım Vəliyeva deyib.

Muğam ifaçısı bildirib ki, Azərbaycan vətəndaşı olaraq o dahi şəxsiyyətin yazdığı bu sözləri ifa etməyi özünə borc bilib:

“Orda səslənən “ərəbə, farsa minnət eyləməm” sözləri, yəni “öz dilimi qoyub başqa dillərə minnət eyləmərəm” kəlməsi dilimizin nə qədər zirvədə olduğunu, dəyərli olduğunu bir daha sübut edir. Orda səslənən “ruzimi verən Xudadır, qula minnət eyləməm” cümləsi isə məni xüsusi təsirləndirdi. İnsanları həmrəy olmağa, bir olmağa, tutduğu mövqeyə görə deyil, insanlığa görə münasibətlərini qurmağı tövsiyə edən Seyyid Nəsimi Allahın onsuz da hər kəsin ruzisini Özü verdiyini bir daha insanlara xatırladır”.

B.Vəliyeva arzu edib ki, hər bir azərbaycanlı hansı ölkədə yaşamasından aslı olmayaraq dilimizi heç zaman unutmasınlar:
 
"Dilimizi hər zaman uca tutsunlar".


Tags:  Bəyimxanım Vəliyeva İmadəddin Nəsimidən oxudu video

RƏYLƏR


Top news