Dodo hədəfini açıqladı

Dodo hədəfini açıqladı
12:07 29 Dekabr 2015
22 İdman
Ölkə mətbuatı
A- A+

"Avropa Liqasında oynamaqla arzumuzu reallaşdırdıq. Bu turnirin qrup mərhələsinə vəsiqə qazanmaqla böyük sıçrayışa nail olduq. Bu, təəccüblü idi. Özümə gəlincə, mən də səviyyəmi yüksəkdə saxlamağa çalışdım ki, klubuma maksimum faydalı olum". Fanat.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin futbolçusu Dodo deyib.


Braziliya mətbuatına danışan futbolçu çempionluqdan danışıb: "Artıq diqqətimizi çempionata yönəltmişik. Bu mövsüm üçün hədəfimiz Premyer Liqanın qalibi olmaqdı. Bunu həm rəhbərlik, həm də kollektimiviz çox istəyir. Hazırda birinci yerdən uzaqda qərarlaşmışıq. Amma mövsümün qalan dövrü ərzində hər şey ola bilər. Çempion olmağı arzulayırıq. Azərbaycana qayıdana kimi isə ailəmlə daha çox vaxt keçirmək istəyirəm".


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-dodo-hdfini-acqlad-t46492.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR