Milli Məclisin payız sessiyasının sonuncu plenar iclası başlayıb

Milli Məclisin payız sessiyasının sonuncu plenar iclası başlayıb
12:07 29 Dekabr 2015
21 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 29 dekabr. REPORT.AZ/ Milli Məclisin payız sessiyasının sonuncu plenar iclası başlayıb. "Report" xəbər verir ki, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 28 məsələnin müzakirəsi daxil edilib.
İclasda ilk olaraq Hesablama Palatası sədrinin müavininin və auditorlarının təyin edilməsinə baxılacaq. Eyni zamanda, bir neçə qanuna dəyişikliklər edilməsini nəzərdə tutan layihələr müzakirəyə çıxarılacaq. 
Bundan başqa, İnzibati Xətalar, Mülki və Əmək Məcəlləsində dəyişiklik edilməsi, eləcə də Lisenziyalar və icazələr haqqında qanun layihəsinə baxılması da gündəlikdə yer alan məsələlər sırasına daxil edilib.
İclasın sonunda Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Milli Məclisin müraciətinin təsdiq edilməsi planlaşdırılıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/milli-meclisin-payiz-sessiyasinin-sonuncu-plenar-iclasi-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR