NİİM Bakıda sərnişindaşıma sahəsində problemlərin aradan qaldırılması məqsədilə təkliflər hazırlayıb

15:17 30 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

[ 30 Dekabr 2014 15:13 ]

Bakı. Musa Əhmədov - APA-Economics. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) 2014-cü ildə görülmüş işlər barədə hesabatını açıqlayıb.

Mərkəzdən “APA-Economics”ə verilən məlumata görə, 2014-cü ildə qurum tərəfindən nəqliyyat sisteminin təkmilləşdirilməsi, nəqliyyatın hərəkəti barədə məlumatların nəqliyyat istifadəçilərinə çatdırılması, aidiyyəti dövlət qurumları ilə birlikdə nəqliyyatın vəziyyəti ilə bağlı problemlərin müzakirəsi və həll edilməsi istiqamətində müəyyən işlər görülüb.

 

Sistemin stabil işləməsi məqsədilə, aidiyyəti qurumlara NİİM tərəfindən il ərzində mütəmadi olaraq müraciət məktubları hazırlanıb göndərilib. Şəhər sərnişin daşımaları sahəsində xidmət keyfiyyətini yüksəltmək, şəhərdə nəqliyyat tıxaclarının və digər nəqliyyat problemlərinin aradan qaldırılması məqsədilə Mərkəz tərəfindən bir sıra təkliflər işlənib hazırlanıb və baxılması üçün aidiyyəti qurumlara (Nəqliyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, “BSN” MMC, “Azəryolservis” ASC və s.) təqdim edilib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367757

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR