Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

İtkin düşən və həlak olan neftçilərin ailələrinə bir neçə qurum əlavə olaraq kompensasiya ayırıb

Date: 29 December 2015 12:12

"Report" xəbər verir ki bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Xalik Məmmədov deyib.
X. Məmmədovun sözlərinə görə, bir neçə qurum da əlavə olaraq kompensasiya ayırıb: "1000 manat Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyası ayırıb, 1000 manat Neft-qaz Sənaye İşçiləri Həmkarlar Komitəsi yardım edib. Dünən SOCAR rəhbərliyinin qərarı ilə 5 min manat ayrılıb və bu gün səhərdən onların da verilməsinə başlanıb".
SOCAR rəsmisi deyib ki, qəza olan platformada hazırlıq işləri gedir: "Hazırda quyulara yol açılması prosesi gedir və platformanın üzərində işlər bitəndən sonra quyunun söndürülməsi prosesinə başlanılacaq".

Tags:  İtkin düşən həlak olan neftçilərin ailələrinə neçə qurum əlavə olaraq kompensasiya ayırıb

RƏYLƏR


Top news