Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı müğənninin toyudur - FOTO

Azərbaycanlı müğənninin toyudur - FOTO

Date: 29 December 2015 12:12

Bu gün Vyanada dünya operasının iki ulduzu - rusiyalı soprano Anna Netrebko və 34 yaşlı bakılı tenor Yusif Eyvazov - ailə qurur.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, cütlüyün Krasnodar və Bakıdan olan tanışları da toyda iştirak edəcəklər. Nişanlılar opera aləminin ulduzlarının, siyasi xadimlərin də qatılacağı mərasimə 15 at və faytondan ibarət kortejdə gələcəklər. 

Rusiya mediası Vyananın ən qədim qalalarından birində keçiriləcək şad günü indidən "ilin toyu" adlandırır. Toyda 170 nəfər iştirak edəcək. Anna və Yusif deyiblər ki, onlar Bakıda və ya Krasnodarda toy etməli olsaydılar, 500 nəfər çağırmalı olacaqdılar.

Qeyd edək ki, Anna Netrebko ilə Yusif Eyvazov ötən ilin avqustunda nişanlanıblar. Bu, Annanın ikinci evliliyi olacaq. Onun uruqvaylı bariton Ervin Şottla nikahından 7 yaşlı Tyaqo adlı oğlu var.

Milli.Az









Tags:  Azərbaycanlı müğənninin toyudur FOTO

RƏYLƏR


Top news