Nazir oğluna bankda yeni vəzifə verildi

Nazir oğluna bankda yeni vəzifə verildi
12:16 29 Dekabr 2015
52 Digər
Ölkə mətbuatı
A- A+

"Azərbaycan Beynəlxalq Bankı-Moskva" ASC-nin Müşahidə Şurasının yeni tərkibi məlum olub.

Beynəlxalq Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, müşahidə şurasının sədri Murad Şirəliyev təyin olunub. Murad Şirəliyev hazırda ABB-nin İdarə Heyətinin sədr müavinidir. O, səhiyyə naziri Oqtay Şirəliyevin oğludur.


Murad Şirəliyev - “ABB-Moskva”nın Müşahidə Şurasının sədri


“ABB-Moskva”nın Müşahidə Şurasının digər iki üzvü isə Fuad İslamov və Məzahir Dadaşov seçilib. Fuad İslamov hazırda ABB-nin baş direktoru, Məzahir Dadaşov isə bankın risklərin idarə edilməsi departamentinin direktorudur.

Müşahidə Şurasının yeni heyəti “Beynəlxalq Bankın Rusiyadakı törəməsi”nin fəaliyyətinə ümumi nəzarəti həyata keçirəcək.


Azərbaycan Beynəlxalq Bankı-Moskvanın ünvanı


Bundan əvvəl “ABB-Moskva”nın Müşahidə Şurasının sədri Qubad Hüseynov olub. Həmin vaxt şuranın üzvləri Elmir Həbibullayev və İlqar Hüseynov idi. Elmir Həbibullayev isə hazırda ABB-nin baş direktorudur.

“ABB-Moskva”nın İdarə heyətinin yeni sədri də də bu yaxınlarda təyin olunub. Emin Əfəndiyev səlahiyyətlərinin icrasına bu ilin dekabrın 15-dən başlayıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=368404

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR