Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Silvester Stallone Ayrton Sennanın və Məhəmməd Əlinin hədiyyələrini auksionda satıb

Silvester Stallone Ayrton Sennanın və Məhəmməd Əlinin hədiyyələrini auksionda satıb

Miqrasiya Xidməti Məhəmməd Əlinin oğlunu saxladı (25 Fevral 2017 11:43)
Məhəmməd Əlinin oğlu saxlanıldı: müsəlman olduğuna görə - FOTO (25 Fevral 2017 11:37)

Tarix: 29 Dekabr 2015 12:18


Bakı, 29 dekabr, AZƏRTAC
Məşhur Hollivud ulduzu Silvestr Stallone bir neçə əşyanı auksionda satıb. Satılan əşyalar arasında “Formula-1” üzrə üçqat dünya çempionu Ayrton Sennanın dəbilqəsi də var. A.Senna 1994-cü ildə Braziliya Qran-prisindən sonra dəbilqəni şəxsən S.Stalloneyə hədiyyə etmişdi.
AZƏRTAC xəbər verir ki, auksionda dəbilqəni Nyu-York sakini 43 min 750 dollara satın alıb. Üç gün davam edən auksion nəticəsində S.Stallone 3 milyon dollardan artıq qazanc əldə edib. A.Sennanın dəbilqəsindən əlavə, satılan əşyalar arasında Məhəmməd Əlinin əlcəkləri də olub. Əfsanəvi boksçunun əlcəklərinin satın alınması üçün 47 min 500 dollar ödənilib.
Ən yüksək qiymətə satılan əşya isə S.Stallonenin “Rokki” filmində geyindiyi dəri gödəkçə olub. Gödəkçə 149 min dollara satılıb.

Teqlər:  Silvester Stallone Ayrton Sennanın Məhəmməd Əlinin hədiyyələrini auksionda satıb



RƏYLƏR


Top xəbərlər