Azərbaycanlıların Mədəniyyət Asossiasiyasının dəvəti ilə müğənni Çingiz Mustafayev və “Palmas” qrupu solo konsert verib.
Axşam.az-ın məlumatına görə, tədbir Kaliforniya ştatının San Xose şəhərində yerləşən Montqomeri Teatrında keçirilib.
Həmyerlilərimiz Çingizin və qrupun ifalarını alqışlarla qarşılayıblar. Qonaqlar sırasında olan pianoçu Çingiz Sadıqov musiqiçiləri ayaq üstə alqışlayıb.