Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

"Bütün layihələrimi təxirə salmağa hazıram" - Aygün

"Bütün layihələrimi təxirə salmağa hazıram" -  Aygün

Date: 29 December 2015 12:31

Xalq artisti Aygün Kazımovaya Azərbaycan Güləş Federasiyasının fəxri diplomu verilib.

Axşam.az-ın məlumatına görə, mükafatı təqdim edən AGF-nin baş katibi Əjdər Həmidov xalq artistinin Naxçıvanda keçirilən Heydər Əliyev adına beynəlxalq turnirdə iştirakını xüsusi vurğulayıb.

A.Kazımova təəssüratlarını bölüşərək, bu diplomun onun üçün çox önəmli olduğunu bildirib:

“Heç vaxt nəyinsə naminə iş görməmişəm. Mən son nəfəsimə qədər Azərbaycan bayrağı altında çıxış edən bütün idmançılarımıza dəstəyəm. Naxçıvanda keçiriləcək Heydər Əliyev adına kubok uğrunda yarışın olacağını eşidəndə, Türkiyə layihəmi təxirə saldım. Mən özüm idmançı olmuşam. Milli həndbol yığmamızım kapitanı olmuşam. İdman mənim həyatımın ayrılmaz hissəsidir. Bütün layihələrimi təxirə salmağa hazıram. Təki idmançılarımıza dəstək olum”.




Tags:  Bütün layihələrimi təxirə salmağa hazıram Aygün

RƏYLƏR


Top news