Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dolların bahalaşması təhsil haqlarına təsir edəcəkmi? - AÇIQLAMA

Dolların bahalaşması təhsil haqlarına təsir edəcəkmi? - AÇIQLAMA

Date: 29 December 2015 12:34

 

“Dolların məzənnəsində olan artımla bağlı ali təhsil müəssisələrində ödəniş haqlarının artırılacağı hələ dəqiq deyil”.

 

Lent.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Yaqub Piriyev 2015 ilin son mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, ali təhsil müəssisələrində ödəniş haqqı ali təhsil müəssisənin öz səlahiyyətindədir: “Bu ilə qədər qəbul olan tələbələr yenə əvvəlki qaydada ödəniş edəcək. Yeni tədris ilində ödənişlərin artırılması və yaxud azaldılması ilə bağlı mart ayında Təhsil Nazirliyi tərəfindən qəbul planı yaradılacaq. Biz bu məsələyə mart ayında bir də qayıdacayıq”.


Tags:  Dolların bahalaşması təhsil haqlarına təsir edəcəkmi AÇIQLAMA

RƏYLƏR


Top news