Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında" qanun layihəsi Milli Məclisin komitələrinə göndərildi

"ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında" qanun layihəsi Milli Məclisin komitələrinə göndərildi

Date: 29 December 2015 12:34

Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında "ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında" qanun layihəsi təqdim olunub.

 

APA-nın məlumatına görə, layihənin müəllifi olan deputat Rövşən Rzayev tərəfindən elan edilib. R. Rzayev qərar layihəsinin Milli Məclisin müvafiq komitələrdə müzakirəyə çıxarılmasını da xahiş edib: “Bu, mənim Azərbaycana qarşı ikili standartlara bir etirazımdır”.

 

Spiker Oqtay Əsədov qanun layihəsinin müvafiq komitələrdə müzakirə olunmasını tapşırıb. O. Əsədov bildirib ki, Milli Məclisdə layihənin forması var. O, layihəni Milli Məclisin aparat rəhbəri Səfa Mirzəyevə təqdim etməyi tövsiyə edib. Spiker eyni zamanda layihənin Milli Məclisin İnsan hüquqları komitəsində, Hüquq siyasəti və dövlət quruculuğu komitəsində və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində müzakirə edilməsi barədə tapşırıq verib.  


Tags:  ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında qanun layihəsi Milli Məclisin komitələrinə göndərildi

RƏYLƏR


Top news