Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda daha bir yol əsaslı təmir edilir

Date: 29 December 2015 12:37

Kompleks şəkildə “Azəryolservis” tərəfindən aparılan işlər zamanı küçə boyu yeni yağış-kanalizasiya sistemi də qurulub, zəruri olan yerlərə 11 ədəd yeni yağış barmaqlığı qoyulub. Bundan başqa kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, 31 ədəd baxış qapağı yenisi ilə əvəzlənib.
Hazırda Əhməd Cəmil küçəsində də mövcud olan piyada səkilərinin təmir olunaraq, asfaltlanması işləri aparılır. Qeyd edək ki, səkilərin kənarlarına ümumilikdə 1 300 paqon metr yeni səki daşı düzülüb.
Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. İkiqat və 10 sm qalınlıqda olmaqla əsaslı şəkildə təmir-tikinti işlərinin aparıldığı küçənin təqribən 8 min kv. metr sahəsinin asfaltlanması planlaşdırılır.
Yüksək keyfiyyətlə aparılan təmir-tikinti işlərinin yaxın günlərdə yekunlaşdırılması nəzərdə tutulub. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

Tags:  Bakıda yol əsaslı təmir edilir

RƏYLƏR


Top news