Londonda Palmira tağının bərpa edilməsinə qərar verilib

Londonda Palmira tağının bərpa edilməsinə qərar verilib
12:37 29 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 29 dekabr. REPORT.AZ/ İŞİD yaraqlılarının dağıtdığı Suriyanın tarixi abidəsi olan qədim Palmiranın bir hissəsinin Londonun Trafalqar meydanında yenidən bərpa edilməsinə qərar verilib.
"Report" BBC-yə istinadən xəbər verir ki, partlayışdan sonra qədim şəhərin abidələrindən yalnız məbədin girişində olan iki sütun və onları birləşdirən tağ salamat qalıb. Tarixi abidənin məhz bu hissəsi Londonda bərpa olunmuş formada nümayiş olunacaq. Abidə şəkillər üzrə 3D printerin köməkliyi ilə bərpa olunacaq.
Qeyd edək ki, bu işi Harvard və Oksford universitetləri, eləcə də Dubayda yerləşən "Gələcəyin muzeyi"nin birgə müəssisəsi olan Rəqəmsal Arxeologiya İnstitutu öz üzərinə götürüb.
Yenidən bərpa ediləcək abidənin təqdimatı 2016-cı ilin aprelində Trafalqar meydanında keçiriləcək. Eyni tağdan Nyu-York şəhərindəki Tayms-skverdə də qurulacaq.

Xəbərin orijinal ünvanı: http://report.az/maraqli/londonda-palmira-arkasinin-berpa-edilmesine-qerar-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR