İntizam Komitəsinin növbəti iclası keçirilib

İntizam Komitəsinin növbəti iclası keçirilib.

Komitənin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub:

- İntizam Komitəsinin 22 dekabr qərarına əsasən, “Qaradağ Lökbatan” – “Ağsu” matçında “Qaradağ Lökbatan” klubunun məşqçisi Arif Rizvanov texniki zona qaydaların pozduğuna görə 1 oyunluq cəzalandırmışdır. Lakin oyunun protokoluna səhvən “Qaradağ Lökbatan” klubunun məşqçisi Araz Əliyevin əvəzinə “Ağsu” klubunun məşqçisi Arif Rizvanovun adı qeyd olunmuşdur. Daxil olan yeni faktlara və hakimin raportuna əsasən İntizam Komitəsi bu məsələyə yenidən qayıdaraq aşağıdakı qərarı qəbul edir:

- Belə ki, 18 dekabr 2015-ci il, 2015/2016 mövsümündə, I Divizionun XIII turunun “Qaradağ Lökbatan” – “Ağsu” matçının 90-cı dəqiqəsində “Qaradağ Lökbatan” klubunun məşqçisi Araz Əliyevin texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 62).


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR