"Meymun ili"ndə hansı rekordlar qırılacaq?

"Meymun ili"ndə hansı rekordlar qırılacaq?
12:42 29 Dekabr 2015
81 İdman
Ölkə mətbuatı
A- A+

2015-ci ilin bitməsinə 3 gün qalıb. Qarşıda bizi "Meymun ili" - 2016-cı il gözləyir. 

2015-ci ildə Robert Levandovski oyuna sonradan daxil olub 9 dəqiqədə 5 qol vurdu, Kriştiano Ronaldo Çempionlar Liqasının qrup mərhələsində 11 dəfə fərqləndi, Martin Odeqaard Avropa çempionatlarının seçmə mərhələsində forma geyinən ən gənc oyunçu oldu və s. 

Bəs yeni ildə futbol sahəsində hansı rekordlar qırıla bilər? Fanat.az goal.com-a istinadən qırılması gözlənilən rekordları təqdim ediri.

1. Fransada keçiriləcək Avropa çempionatında ilk dəfə 24 komanda çıxış edəcək. Bundan başqa turnirin mükafat fondu 300 milyon avroya qaldırılıb. 2012-ci ildə bu məbləğ 215 milyon olmuşdu. Deməli Avropa çempionatında mükafat rekordu qırılacaq.

2. Avropa çempionatları tarixinin (seçmə mərhələ matçları ilə birlikdə) ən çox qol vuran futbolçusu Mişel Platini olmuşdu. O, "AVRO-1984"də 9 dəfə fərqlənmişdi. Zlatan İbraşimoviç və Kriştiano Ronaldonun aktivində hazırda 6 qol var. Onlar Fransada 4 qol vursa, Platininin rekordu qırılacaq.

3. Fransa İspaniya və Almaniyadan sonra 3-cü dəfə Avropa çempionatını qazanan 3-cü komanda ola bilər.

4. 2015-ci ili 5 kubokla başa vuran "Barselona" 2016-cı ildə ardıcıl ikinci dəfə Çempionlar Liqasını qazanan ilk komanda kimi tarixə düşə bilər.

5. PSJ futbol tarixində bir il ərzində 7 kubok qazanan ilk komanda ola bilər. Amma bunun üçün öncə klub tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olmaları vacibdi.

6. "Real" 2016-cı ildə Çempionlar Liqasına 11-ci dəfə sahib çıxmaqla şəxsi rekordunu yaxşılaşdıra bilər.

7. Kriştiano Ronaldo Çempionlar Liqasında bir bir mövsümdə ən çox qol vuran oyunçudu. Bu mövsüm artıq 11 qol vuran "Real"ın ulduzu rekordunu yaxşılaşdıra bilər.

8. Françesko Totti özünə aid Çempionlar Liqasında qol vuran ən yaşlı oyunçu rekordunu yaxşılaşdıra bilərö Turnirdə son qolunu 38 yaş 59 günlüyündə vuran italyan əfsanənin növbəti qolu da tarixə düşəcək.

9. Joze Mourinyo Çempionlar Liqasında 100-cü qələbəni qazanan ən gənc mütəxəssis ola bilər. Bunun üçün o əvvəlcə Çempionlar Liqasında mübarizəni davam etdirən klublardan biri ilə anlaşmalıdı.

10. "Bavariya" Bundesliqada ardıcıl 4 dəfə çempionluq sevinci yaşayan ilk klub ola bilər.

11. Məsut Özil Premyer Liqada bu mövsüm 15 məhsuldar ötürmə edib. Bir mövsümdə ən çox qol ötürməsi verən futbolçu Tyerri Anridi - 21. Özil bu rekordu qırmağa yaxındı.

13. 2016-cı ildə transfer rekordunun qırılması mümkündü. Lionel Messinimn adı "Mançester Siti", Kriştiano Ronaldonun adı "Mançester Yunayted" və PSJ, Neymarın adı isə İngiltərə nəhəngləri ilə yanaşı hallanır. Bu transferlərdən biri baş tutsa, böyük ehtimalla rekord qırılacaq.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotmeymun-iliquotnd-hans-rekordlar-qrlacaq-t46494.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR