Təhsil Nazirliyində 2015-ci ilin yekunları müzakirə olunub

Təhsil Nazirliyində 2015-ci ilin yekunları müzakirə olunub
12:43 29 Dekabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 29 dekabr, AZƏRTAC 
Dekabrın 29-da Təhsil Nazirliyində 2015-ci ilin yekununa həsr olunmuş mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda Təhsil Nazirliyinin informasiya şöbəsi müdirinin müavini, QHT və KİV-lərlə iş sektorunun müdiri Cəsarət Valehov 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününün geniş qeyd olunmasının əhəmiyyətini vurğulayıb.
Ölkəmizdə təhsilə xüsusi önəm verildiyini diqqətə çatdıran C.Valehov 2015-ci ildə bu sahənin inkişafı üzrə reallaşdırılan proqram və tədbirlərdən, qazanılan uğurlardan danışıb.
Qeyd olunub ki, 2015-2016-cı dərs ilində Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərində yerləşən 58 məktəbin 10-cu siniflərində 4 istiqamət üzrə 176 təmayül sinfi açılıb.
Bu il ilk dəfə olaraq respublika fənn olimpiadalarının keçirilməsində yeni qaydalar tətbiq olunub. Belə ki, fənn olimpiadalarının şəhər mərhələsi test üsulu ilə aparılıb. Azərbaycanda 47-ci Beynəlxalq Kimya Olimpiadası keçirilib.
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2015-2016-cı tədris ilində gənclərə dünyanın 33 ölkəsinin ali təhsil müəssisələrində müvafiq prioritet ixtisas istiqamətləri üzrə təhsil almaq imkanı yaradılıb. 2015-2016-cı tədris ili üzrə seçimlərdə uğur qazanmış 373 nəfər Dövlət proqramı çərçivəsində təhsil almaq üçün xaricə göndərilib.
Konfransda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tehsil_Nazirliyinde_2015_ci_ilin_yekunlari_muzakire_olunub-915222

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR