Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qusarda yeni tikilən "Şəfa" istirahət mərkəzi istifadəyə verildi - FOTO

Qusarda yeni tikilən "Şəfa" istirahət mərkəzi istifadəyə verildi - FOTO

Date: 29 December 2015 12:47

Qusar Rayon Mərkəzi Xəstəxanası yeni binada yerləşəndən sonra 2013-cü ildə Həmkarlar İttifaqı Konfederasiyası və Səhiyyə Nazirliyinin köməkliyi ilə xəstəxananın binası Əmlak Komitəsinin qərarı ilə Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə verilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, iki hektar torpaq sahəsi və ərazidə yerləşən bütün binalar özəlləşdirilib və Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin mülkiyyətidir.

"Şəfa" istirahət mərkəzi Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin büdcə vəsaiti hesabına tikilib.

Mərkəzin açılışında səhiyyə naziri Oqtay Şirəliyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, Qusar Rayon İcra Hakimiyyətinin başçısı və digər rəsmi şəxslər iştirak ediblər.

İstirahət mərkəzi 80 yerlikdir, eyni zamanda, uşaqlarla birlikdə 100 nəfər istirahət edə biləcək və il boyu fəaliyyət göstərəcək. İstirahət edənlərə gələcək üçün müalicə xidmətləri göstərilməsi planlaşdırllır. İstirahət 3, 7 və ya 10 gün müddətinə nəzərdə tutulur.

Milli.Az










Tags:  Qusarda yeni tikilən Şəfa istirahət mərkəzi istifadəyə verildi FOTO


RƏYLƏR


Top news