“ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” qanun layihəsi Azərbaycan parlamentinə təqdim olunub

12:47 29 Dekabr 2015
13 Ölkə
Ölkə mətbuatı
A- A+

"Report” xəbər verir ki, qanun layihəsini Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, layihənin müəllifi Rövşən Rzayev təqdim edib. 
O bildirib ki, layihə ABŞ konqresmeni Kris Smitin Azərbaycanla bağlı hazırladığı və Konqresin Helsinki Komissiyasında müzakirə olunan layihəyə cavab olaraq hazırlanıb.  
R.Rzayev qeyd edib ki, layihənin hazırlanması Azərbaycana münasibətdə yol verilən ədalətsizliyə etrirazdır: “ABŞ Konqresinə təqdim olunan layihənin arxasında emrənipərəst qüvvələr və onların lobbisi dayanır. Əsas ideya odur ki, guya Azərbaycanda insan hüquqları pozulur və buna görə də Dağlıq Qarabağdakı ermənilər Azərbaycanın tərkibində yaşa bilməz. Ermənilər bununla dünya ictimaiyyətinə çatdırmaq istəyirlər ki, guya azərbaycanlılarla bir yerdə yaşamaq mümkün deyil. Əslində bu, ABŞ Konqresinin mövcud qanun layihəsi ilə ermənilərə kömək etməyə çalışmasıdır. Halbuki bu günə qədər ABŞ azərbaycanlılara qarşı törədilən vəhşiliklərə bir dəfə də olsun münasibət bildirməyib. Baxmayaraq ki, ABŞ-ın özündə insan hüquqları ilə bağlı kifayət qədər qanun pozuntular var. Ona görə də xahiş edirəm ki, müəllifi olduğum qanun layihəsi Milli Məclisin Aparatında qeydiyyatda alınsın və müzakirə olunsun”.
Milli Məclisin sədri Oqtay Əsədov isə bildirib ki, Milli Məclisdə qanun layihəsinin hazırlanmasının mexanizmi mövcuddur: “Ona görə də layihəni Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyeva təqdim edin. Eyni zamanda, qanun layihəsinə Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrində baxılmalı və sonda yekun qərar verilməlidir”.

Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/abs-da-insan-huquqlarinin-veziyyeti-haqqinda-qanun-layihesi-azerbaycan-parlamentine-teqdim-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR