Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

BƏƏ-də keçirilən şahmat turnirində 6-cı tur geridə qaldı (Nəticələr)

BƏƏ-də keçirilən şahmat turnirində 6-cı tur geridə qaldı (Nəticələr)

Date: 29 December 2015 12:47

Birləşmiş Ərəb Əmirliklərinin Al-Ain şəhərində keçirilən beynəlxalq şahmat turnirində 6-cı turun oyunları yekunlaşıb.

6-cı turda Ülvi Bacarani ukraynalı Zahar Efimenko ilə xalları yarı bölərək aktivinə 4 xal yazmağa müvəffəq olub. Zaur Məmmədov Valeriy Neverova məğlub olub. Gülnar Məmmədova Hindistan şahmatçısı Ruca Pucarini, Nərmin Xələfova isə misirli Samir Saaidi məğlub edib. Günay Məmmədzadə isə iordaniyalı Farhan Mohannadla sülh bağlayıb. Xəyalə AbdullaVüqar ƏsədliOrxan Abdulov isə bu turda xal toplaya bilməyiblər.

6 turdan sonra Ülvi Bacarani 4 xal, Zaur Məmmədov, Gülnar Məmmədova, Aydan Höccətova və Nərmin Məmmədova hərəyə 3 xal toplayiblar. Vüqar Əsədli, Nərmin Xələfova, Xəyalə Abdulla, Nail Bəşirli, Həsən Quliyev, Abdulla Qədimbəyli və Günay Məmmədzadənin aktivində 2.5 xal var.

Çin təmsilçi Vanq Hao 6 oyundan aktivinə 5.5 xal yazaraq turnirə liderlik edir.


Tags:  Birləşmiş Ərəb Əmirlikləri şahmat turniri

RƏYLƏR


Top news