Rusiya neftin qiyməti ilə bağlı plan hazırlayır (FOTO)

Rusiya neftin qiyməti ilə bağlı plan hazırlayır (FOTO)
12:51 29 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+

2016-cı ildə neftin qiymətindən kəskin eniş gözlənilmir.

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya Federasiyasının Energetika naziri Aleksandr Novak öz proqnozlarını verib.

“Biz hesab edirik ki, gələn il “qara qızılın” qiymətində kəskin ucuzlaşma gözlənilmir. Bazarlarda bir barrel neftin 20-25 dollara satılması qeyri-mümkündür”.

Neftin qiymətinin bir barelinin 30 dollara qədər enəcəyi ilə proqnozları şərh edən nazir hazırda bazarın qeyri-stabil olduğunu və bunun üçün müxtəlif variantların işlənib hazırlanmalı olduğunu bildirdi.


Rusiyanın Energetika naziri Aleksandr Novak


O, həmçinin bazarda tələb-təklifin nəzərdən keçirilməsini və neft hasilatının maya dəyərini nəzərə almaqla, bir barrel neftin 50 dollara satılmasının ədalətli olacağını deyib.


Neftin bu günə olan qiyməti

Hazırda bazarlarda “Brent” markalı neftin qiyməti son göstəricilərə nisbətən bir qədər bahalaşaraq, 36.67 dollara qalxıb.

“Texas” neftinin “Brent” qarşısındakı üstünlüyü davam edərək, bu markada da bahalaşma qeydə alınıb. Belə ki, birjalarda “Texas” (WTI) markalı neftin bir bareli bahalaşaraq 36.89 dollar olub.

“AzəriLayt” markalı neftin bir barelinin qiyməti isə dəyişməz qalaraq, 38,05 dollar təşkil edib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=368400

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR