"Kanal S"in ad günüdür

"Kanal S"in ad günüdür
12:57 29 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+

KANAL S (Region TV) xəbər verir ki, 7 ildir ki, fəaliyyət göstərən "Kanal S" bu müddət ərzində bir sıra ilklərə imza atmağı bacarıb. Nəticədə bu gənc kanal ölkə teleməkanında öz sözünü deməyi bacarıb.

2008-ci ildə yaradılan kanal cəmi 3 ildən sonra 24 saatlıq efir yayımına keçib. Bu Azərbaycanın regional televiziyaları arasında  bir ilk idi. Eyni zamanda "Kanal S" özünün "Sizə hamıdan yaxınıq!" şüarına sadiq qalaraq tamaşaçılarına hamıdan yaxın olduğunu sübut etdi. Bu deviz kanalın ilk dəfə həyata keçirdiyi "Açıq Mikrofon" layihəsində bir daha təsdiqini tapdı. Tamaşaçılarımız öz problemlərini efir vasitəsi ilə birbaşa aydiyyatı qurumlara çatdırmaq imkanı əldə etdilər. Və problemlərin həlli yollarını rayon rəhbərinin dilindən eşitdilər. Bu vaxta qədər 3 dəfə gerçəkləşdirilən layihənin hər birinə tamaşaçılar böyük maraq göstərdilər.

"Kanal S" tərəfindən ilk dəfə gerçəkləşdirilən "Ritm yürüşü" və ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş konsert proqramına da tamaşaçıların marağı böyük oldu. "Natiq" ritm qrupunun Şəki şəhəri boyunca təşkil etdiyi yürüşdə "Kanal S"in ideya müəllifi olduğu "gəzən səhnə"dən istifadə olundu. Konsert proqramında isə tamaşaçılar ölkənin ən tanınmış sənət ustaları ilə yanaşı, Türkiyənin məşhur "Pankart" qrupu, xalq artistləri Əlixan Səmədov, Könül Xasıyeva və digər müğənniləri ifasını dinlədilər. Konsertin aparıcıları isə məşhur şoumen Murad Dadaşov və aktrisa Məlahət Abbasova idilər.

"Kanal S" bundan başqa, öz xəbər buraxılışlarının aparıcılığını tanınmış sənət adamlarına həvalə etməklə bir daha fərqlənməyi bacarıb. Televiziyanın saat 23:30-da yayımlanan sərbəst xəbər buraxlışlarında tamaşaçılar Elza Seyidcahan, Sevda Yahyayeva və başqa sənət adamlarını fərqli şəkildə izlədilər.

Fərqlərimizdən biri də ilk dəfə 31 dekabr gecəsində Yeni il şənliyini tamaşaçılarla birlikdə canlı yayımda qarşılamağımız oldu. Televiziyanın bütün əməkdaşları Yeni ili elə studiyada qarşıladılar. Bu, bir daha tamaşaçılarla həmrəy olduğumuzu göstərdi. "Kanal S" ölkənin digər televiziyaları ilə də həmrəylik nümayiş etdirir. 2012-ci ildə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə verilişlərimizdə regional televizyaların əməkdaşları aparıcılıq etdi.

"Kanal S"in maraqlı aksiyaları bununla yekunlaşmır. Bu günə qədər həyata keçirilən bir sıra xeyriyyə tədbirləri, maraqlı aksiyalar tamaşaçıların televiziyamıza sevgisini daha da artırıb. Bu layihələrdən cəbhə bölgəsində naməlum əsgər məzarının abadlaşdırılması, bayram günlərində hərbçiləri sevindirməyimiz, Dövlət Bayrağı Günündə 3 rəngli bayrağımızın sakinlərə paylanması, imkansız ailələrin, xəstəlikdən əziyyət çəkən şəxslərin dərdlərinə əlac axtarmaq və bu kimi işləri qeyd etmək olar.

Ötən mövsümdə "Kanal S" efir məkanında daha bir yeniliyə imza atdı. Yeni tipli realiti-şou olan "Ferma" Azərbaycan tamaşaçısına fərqli veriliş izləmək imkanı yaratdı. Regional Televiziya Şəbəkəsi vasitəsilə bütün ölkə ərazisində yayımlanan bu şou ətrafına sadiq tamaşaçı kütləsi yığmağı bacarıb.

Bütün bu uğurlar televiziyamıza tamaşaçı marağı qazandırmaqla yanaşı, ölkə ictimaiyyəti tərəfindən də diqqətsiz qalmayıb. Təsadüfi deyil ki, "Kanal S" bu müddət ərzində bir sıra önəmli mükafatlara layiq görülüb.

Verilişlərimizin yüksək reytinq toplaması, aparıcılarımıza "İlin junalisti" fəxri adının verilməsi və bu kimi amillər bizi daha yüksək nailiyyətlər qazanmağa ruhlandırır. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/393970.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR