“Ailə Cinema” videoservisi istifadəyə verilib

“Ailə Cinema” videoservisi istifadəyə verilib
12:58 29 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 29 dekabr, AZƏRTAC
“Ailə TV” kabel televiziyası növbəti yenilik təqdim edib.
“Caspian Telecom”un mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Megogo.net” videoservisi tərəfindən hazırlanan “Ailə Cinema” bölməsi daha da təkmilləşdirilərək funksional imkanları genişləndirilib. “Ailə TV” Player sahibləri istədikləri film, serialları və maraqlı videoları “Ailə Cinema” bölməsindən öz televizorlarında izləyə biləcəklər.
“Ailə Cinema” bölməsində “Megogo+”, “Filmlər” və “Premyeralar” film paketləri mövcuddur. Bu paketlərdən istifadə tamamilə pulsuzdur. Burada yüksək keyfiyyətdə orijinal filmlər toplanıb və mütəmadi olaraq yenilənir. Bütün “Ailə TV” Player sahibləri aylıq abunə keçirmədən belə “Ailə Cinema”dan istifadə edə biləcəklər. “Premyeralar” paketində ən son filmləri “Megogo+” paketində isə seçmə filmləri izləmək olar.
Qeyd edək ki, satış qiyməti 50 manat təşkil edən “Ailə TV” Player qurğuları istənilən televizoru “Smart TV” funksiyaları ilə təchiz edir və həm yerli, həm də xarici telekanalları seyr etmək imkanı yaradır.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Aile_Cinema_videoservisi_istifadeye_verilib-915229

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR