Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda zəncirvari qəza: ölən və yaralananlar var

Bakıda zəncirvari qəza: ölən və yaralananlar var

Date: 29 December 2015 12:59

Bakıda ağır yol qəzası baş verib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 28-də saat 17 radələrində Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində Bakı şəhər sakini Anar Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə səkidə dayanmış paytaxt sakini Babək Soltanovu vurub. A.Əliyev idarəetməni itirdiyindən avtomobilini yolun kənarında dayanmış Məmməd Rüstəmova məxsus “Nissan” və Eşqin Vəliyevə məxsus “Mercedes” markalı avtomobillərə çırpıb. Nəticədə B.Soltanov hadisə yerində ölüb, A.Əliyevin 2 sərnişini xəstəxanaya yerləşdirilib.

 

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.


Tags:  Bakıda zəncirvari qəza ölən yaralananlar var

RƏYLƏR


Top news