Neymar ilinə 30 milyon avro qazanacaq

"Barselona"nın forvardı Neymar klubu ilə müqavilə yeniləmək üzrədi.


Metbuat.az "Marca"ya istinadən xəbər verir ki, razılıq əldə olunacağı təqdirdə braziliyalı futbolçu vergiləri çıxmaqla ilinə 30 milyon avro məvacib alacaq. Hazırda Neymar illik 10,5 milyon avro qazanır.

Katalon klubu Neymarın komandanın ikinci ən çox məvacib alan futbolçusu olmasını planlaşdırır. Belə olan halda, maaşı illik 20 milyon avro olan Lionel Messinin də qazancında artım olacaq.

Neymarın yeni sazişi 2021-ci ilə qədər nəzərdə tutulacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR