15000-dən çox abunəçi "Nar" 4G şəbəkəsini seçdi

15000-dən çox abunəçi "Nar" 4G şəbəkəsini seçdi
13:05 29 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+

Mobil operator 4G şəbəkəsini sürətlə artırmağa davam edir

"Nar" mobil operatorunun 4G (LTE) şəbəkəsindən istifadə edən abunəçilərin ümumi sayı 15000-i keçdi. Qısa müddət ərzində 4G şəbəkəsini genişləndirən mobil operator ilin sonunadək 600 ədəd 4G (LTE) baza stansiyasını yüksəksürətli internet istifadəçilərinin xidmətinə təqdim edəcəkdir.

Bu cür sürətli inkişafın səbəblərindən biri "Nar" abunəçilərinin yeni texnologiyadan yararlanmaq üçün Sim-kartları dəyişmələrinə ehtiyacın olmamasıdır. Bunun üçün sadəcə smartfonda LTE texnologiyasını seçmək kifayətdir.

"Nar" abunəçiləri yüksəksürətli 4G şəbəkəsindən eyni sərfəli qiymətlərlə və ələvə hər hansı bir ödəniş olmadan yararlana bilərlər. Hazırda daha çox abunəçi öz tələblərinə uyğun olan "Nar" Turbo-paketini seçməklə LTE texnologiyasından yararlanır.

2016-cı ildə "Nar" LTE şəbəkəsini daha da artırmaq və "LTE Advanced" texnologiyasını (ITE-A) təqdim etməyi planlaşdırır.

Cəmi 2 il ərzində şəbəkəsinin həcmini 2 dəfədən çox artırmağa nail olmuş "Nar" hazırda öz abunəçilərinə 2938 sayda 2G, 2085 ədəd 3G və 591 4G (LTE) stansiyalarından istifadə imkanlarını təqdim edir.

"Nar" öz abunəçiləri üçün yüksəksürətli internet, geniş əhatə dairəsi, sərfəli qiymətlər və müxtəlif tələblər üçün təkliflərin hazırlanması strategiyasına sadiq qalacaqdır.

LTE texnologiyası haqqında əlavə məlumatı www.nar.az internet səhifəsindən öyrənə bilərsiniz.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/393963.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR