Rusiyada geoloji kəşfiyyat işlərinin həcmi xeyli azalacaq

Rusiyada geoloji kəşfiyyat işlərinin həcmi xeyli azalacaq
13:07 29 Dekabr 2015
20 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 29 dekabr. REPORT.AZ/ 2016-cı ildə Rusiyada geoloji işlərin tempi və həcmində 10 faizlik azalma gözlənilir. "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə məlumatı "Rosgeologiya"nın rəhbəri Roman Panov verib.
Onun sözlərinə görə, bu azalma neft bazarındakı çətin vəziyyət, eləcə də Rusiya valyutasının devalvasiyaya uğraması ilə bağlıdır.
O bildirib ki, artıq 2015-ci ildə quruda aparılan seysmoloji kəşfiyyat işlərinin həcmi 2014-cü illə müqayisədə 20% aşağı düşüb, dəniz seysmoloji kəşfiyyatı isə təxminən 10% azalıb.
Ümumiyyətlə, "Rosgeologiya"da hazırda seysmik donanmada ixtisarlar gedir.

Xəbərin orijinal ünvanı: http://report.az/region/rusiyada-geoloji-kesfiyyat-islerinin-hecmi-xeyli-azalacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR