“Die Welt”: Almaniya 2016-cı ildə qaçqınlara 17 milyard avro xərcləyəcək

13:08 29 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 29 dekabr, AZƏRTAC
Almaniya federal torpaqları 2016-cı ildə miqrasiya böhranının həlli üçün ümumilikdə 17 milyard avro xərcləyəcək. Bu barədə informasiyanı 16 regional maliyyə nazirliyindən aldığı məlumata əsaslanan Almanıyanın “Die Welt” qəzeti dərc edib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu hesablamalara görə, regionlar (informasiya təqdim etməyən Bremen istisna olmaqla) mühacirlərə 16,5 milyard dollar xərcləməyi planlaşdırır. Lakin nəşrin fikrincə, bu vəsait bir qədər də artıq olacaq. Məsələ bundadır ki, hesablamalar Almaniya hökumətinin ilin sonuna qədər ölkəyə 800 min mühacir daxil olacağı barədə proqnozuna əsaslanır. Hazırda bu məlumatlar öz aktuallığını itirib və yüksəlməyə doğru dəyişib. Belə ki, artıq noyabr ayının sonunda qaçqınların sayı 965 min nəfərə çatıb. İndi isə ekspertlər Almaniyanın ilin nəticəsinə görə 1 milyondan çox mühacir qəbul edəcəyinə əmindirlər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Die_Welt_Almaniya_2016_ci_ilde_qachqinlara_17_milyard_avro_xercleyecek-915235

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR