Amrahbank ASC “MasterCard Money Send” xidmətini təklif edir

Amrahbank ASC “MasterCard Money Send” xidmətini təklif edir
13:08 29 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Amrahbank ASC “MasterCard Money Send” xidmətini təklif edir.

Bankdan Trend-ə verilən məlumata görə, Amrahbank ASC “MasterCard” kartlarının sahiblərinə yeni bir xidmət “MasterCard Money Send” beynəlxalq pul köçürməsini təqdim edır.

Artıq “Amrahbank”ın MasterCard Standard, MasterCard Gold, MasterCard Platinum və Maestro kart sahibləri həm Azərbaycan, həm də bir sıra digər ölkələrin banklarının “MasterCard” beynəlxalq ödəniş sisteminin kartlarına asanlıqla pul köçürə bilərlər. Dəyərli müştərilərimiz “MasterCard Money Send” beynəlxalq pul köçürməsi xidməti vasitəsi ilə kartdan karta pul köçürməsi üçün istənilən vaxt, 24/7 rejimində, bankın filiallarına yaxınlaşmadan bankomat şəbəkəmizdən istifadə edərək bu xudmətdən yararlana bilərlər.

“MasterCard MoneySend” beynəlxalq pul köçürmələri Albaniya, Polşa, Macarıstan, Rumıniya, İsrail, Belarusiya, Rusiya, Qazaxıstan, Serbiya, Bosniya Hersoqovina, Bolqarıstan, Makedoniya, Sloveniya, Slovakiya, Xorvatiya, Malta, Türkiyə, Kipr, Moldova, Ukrayna, Çex Respublikası, Montonegro, Gürcustan, BƏƏ, Böyük Britaniya, ABŞ ölkələrinin ərazisində yerləşən bankların MasterCard və Maestro kartlarına və Azərbaycanda fəaliyyət göstərən bütün bankların MasterCard və Maestro kartlarını əhatə edir.

Ətraflı məlumat üçün “Amrahbank”ın 987 saylı Məlumat Mərkəzinə, www.amrahbank.com/az internet saytına və ya www. Facebook.com/Amrahbank.ASC rəsmi facebook səhifəsinə müraciət edə bilərsiniz.

Amrahbank Sizə Açıq və Aydın Bank!

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2475361.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR