Bakının Əhməd Cəmil küçəsi təmir olunur

Bakının Əhməd Cəmil küçəsi təmir olunur
13:18 29 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 29 dekabr, AZƏRTAC
Bakının Yasamal rayonundakı Əhməd Cəmil küçəsi əsaslı şəkildə təmir olunur. Küçənin təmir edilən hissəsi Əbdürəhim bəy Haqverdiyev və general Akim Abbasov küçələri arasında yerləşir.
“Azəryolservis” ASC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, həmin hissənin ümumi uzunluğu 613 metr, eni isə 12 metrdir. Təmir-tikinti işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyü frez maşınları ilə qaşınaraq, ərazidən daşınıb. Daha sonra deformasiyaya uğramış köhnə yol yatağı da qazılaraq çıxarılıb və bunun əvəzinə 50-60 santimetr qalınlığında yeni yol əsası tikilib.
Küçə boyu yeni yağış-kanalizasiya sistemi də qurulub, zəruri olan yerlərə 11 ədəd yeni yağış barmaqlığı qoyulub. Kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, 31 ədəd baxış qapağı yenisi ilə əvəzlənib. Küçədəki mövcud olan piyada səkilərinin təmir olunaraq asfaltlanması işləri aparılır. Səkilərin kənarlarına ümumilikdə 1300 paqonmetr yeni səki daşı düzülüb.
Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. İki qat və 10 santimetr qalınlıqda olmaqla əsaslı şəkildə təmir-tikinti işlərinin aparıldığı küçənin təqribən 8 min kvadratmetr sahəsinin asfaltlanması planlaşdırılır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakinin_Ahmed_Cemil_kuchesi_temir_olunur-915238

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR