Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Yuventus" 25 milyon avroya "yox" dedi

"Yuventus" 25 milyon avroya "yox" dedi

Date: 29 December 2015 13:20

"Napoli" "Yuventus"un müdafiəçisi Daniele Ruqaniyə "elçi" düşüb.

Neapol klubu 21 yaşlı futbolçuya görə 25 milyon avro təklif edib. Ancaq "Yuve"nin cavabı "yox" olub. "Napoli"nin yeni təkliflə "Qoca Sinyora"nın qapısını yenidən döyəcəyi gözlənilir.

Keçən mövsüm Ruqani "Empoli"nin heyətində İtaliya A Seriyasında bütün matçlarda əvəzlənmədən meydana çıxmışdı və bir dənə də olsun sarı vərəqə almamışdı. Bu il müdafiəçi "Yuventus"da oyun praktikasının azlığından əziyyət çəkir.


Tags:  Daniele Ruqani Napoli Yuventus

RƏYLƏR


Top news