Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

​Azərbaycanda hava şəraiti kəskin dəyişəcək, Bakıda qar yağacaq

​Azərbaycanda hava şəraiti kəskin dəyişəcək, Bakıda qar yağacaq

XƏBƏRDARLIQ: hava kəskin soyuyacaq, qar yağacaq (27 Mart 2017 12:38)
Soyuqlar geri QAYIDIR - XƏBƏRDARLIQ (21 Mart 2017 11:38)
Bu günə olan HAVA PROQNOZU (21 Mart 2017 11:05)

Tarix: 29 Dekabr 2015 13:22

Bakı. 29 dekabr. REPORT.AZ/ Bakıda və Abşeron yarımadasında dekabrın 30-u axşamdan başlayaraq hava şəraitinin kəskin dəyişəcəyi, arabir yağıntılı olacağı, dekabrın 31-dən bəzi yerlərdə sulu qara, qara keçəcəyi gözlənilir.
Bu barədə “Report”a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib.
Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Qeyri-sabit hava şəraiti yanvarın 3-dək davam edəcək.
Azərbaycanın rayonlarında dekabrın 30-da günün ikinci yarısında şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin kəskin dəyişəcəyi, fasilələrlə yağış, sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Temperatur ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Ayrı-ayrı yerlərdə güclü qərb küləyi əsəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq. Qeyri-sabit hava şəraiti yanvarın 4-dək davam edəcək.

Teqlər:  Azərbaycanda hava şəraiti kəskin dəyişəcək Bakıda qar yağacaq



RƏYLƏR


Top xəbərlər