Tom Kruz malikanəsini satır

Tom Kruz malikanəsini satır
13:27 29 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Dünyanın ən məşhur aktyorlarından biri, Hollivud ulduzu Tom Kruz Britaniyadakı malikanəsini satır.
Milli.Az Variety-yə istinadən bildirir ki, malikanə İngiltərənin cənubunda, Qərbi Susseks qraflığındadır.


53 yaşlı aktyor burada üçüncü arvadı Keti Holmsla yaşayırdı. Kruz və Holms 2012-ci ildə boşanıblar.
Aktyorun 2006-cı ildə 3 milyon funt-sterlinqə aldığı malikanədə 6 yataq otağı və 8 vanna otağı, tennis kortu, hovuz, viktorian stildə qaraj var.
 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/393954.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR