Sabah Azərbaycanın bəzi rayonlarında sulu qar, qar yağacaq

13:27 29 Dekabr 2015
23 Sosial
Ölkə mətbuatı
A- A+

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, dekabrın 30-də Bakıda və Abşeron yarımadasında səhər zəif duman olcağı, axşama doğru yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir.
Mülayim şimal-qərb küləyi günün ikinci yarısında güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə, Bakıda gecə 4-6, gündüz 7-9 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz, lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir.
Gündüz şimal və qərb rayonlarından başlayaraq yağış, sulu qar, qar yağacağı gözlənilir. Gündüz ayrı-ayrı yerlərdə arabir güclü qərb küləyi əsəcək. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

Xəbərin orijinal ünvanı: http://report.az/ekologiya/sabah-azerbaycanin-bezi-rayonlarinda-sulu-qar-qar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR