Zakir Həsənov: Azərbaycan əsgəri Vətənin keşiyində ayıq-sayıq və mərdliklə dayanır

13:28 29 Dekabr 2015
12 Digər
Ölkə mətbuatı
A- A+

Zakir Həsənov təlimlərdəki vəziyyətə dair məruzələri dinləyib (19 Aprel 2017 19:59)
Zakir Həsənov İranın müdafiə nailiyyətləri sərgisində (16 Aprel 2017 15:23)
Zakir Həsənov İranın müdafiə nailiyyətləri sərgisində (16 Aprel 2017 14:52)


Bakı, 29 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, zabitləri, gizirləri, miçmanları, çavuşları, əsgərləri və matrosları əlamətdar günlər münasibətilə təbrik edən nazir yola saldığımız 2015-ci ilin xalqımızın və dövlətimizin, eləcə də Silahlı Qüvvələrimizin həyatında əlamətdar hadisələrlə zəngin olduğunu deyib.
Nazir bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünya azərbaycanlılarına müraciətində qeyd etdiyi kimi, hazırda davam edən qlobal maliyyə-iqtisadi böhrana baxmayaraq, hamımızın doğma Vətəni olan Azərbaycan Respublikasında 2015-ci ildə də sosial-iqtisadi artım dinamikası qorunub saxlanıb, müxtəlif sahələri əhatə edən Dövlət proqramları və infrastruktur layihələri ardıcıl icra edilib. Təbrikdə qeyd olunub: “Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi ilə ordumuzun maddi-texniki təchizatı gündən-günə güclənərək ən yüksək səviyyəyə qalxıb, şəxsi heyətin sosial-məişət problemləri ardıcıl olaraq həllini tapıb, müasir silah və texnikaların alınması, yüksək ixtisaslı peşəkar kadrların hazırlanması işi uğurla davam etdirilib.
İl ərzində mindən çox hərbi qulluqçu xidməti, 500 hərbçi isə daimi mənzillə təmin olunub. Tam şəkildə komplektləşdirilmiş 10 hərbi şəhərcik, yeni təlim poliqonları, inzibati binalar istifadəyə verilib. Bütün hərbi hissələrdə ən müasir tələblərə cavab verəcək yenidənqurma işləri daim davam etdirilir.
Komanda-qərargah hərbi oyunları, irimiqyaslı təlimlər, ordumuzun güc və qüdrətini dünyaya bir daha nümayiş etdirməklə yanaşı, istər xidmətdə olan, istərsə də ehtiyatdan cəlb edilənlərin döyüş təcrübəsi qazanmasında mühüm rol oynayıb.
Şəxsi heyətin böyük ruh yüksəkliyi, vətənpərvərlik hissi, döyüş və mənəvi-psixoloji hazırlığı imkan verir ki, Azərbaycan Ordusu Xankəndi, Şuşa, Laçın və işğal altında olan digər əzəli və əbədi torpaqlarımızı azad etsin, Respublikamızın ərazi bütövlüyü təmin olunsun”.
Nazir qeyd edib ki, Azərbaycan-Ermənistan sərhədində hər gün atəşkəs rejimi pozulur, mövqelərimiz intensiv olaraq atəşə tutulur. Lakin Azərbaycan əsgəri Vətənin keşiyində ayıq-sayıq və mərdliklə dayanır. Düşmən layiqli cavab atəşi ilə susdurulur, işğalçının planlaşdırdığı təxribatlar öncədən aşkarlanır, qabaqlayıcı tədbirlər nəticəsində düşmən canlı qüvvə və döyüş texnikası sarıdan xeyli itkilərə məruz qalır. Döyüşlərdə şəhid olanların qisası birə on qat alınır və bundan sonra da alınacaq.
Hərbi qulluqçularımızın xidmətləri ölkə rəhbərliyi tərəfindən həmişə yüksək qiymətləndirildiyini, Silahlı Qüvvələrimiz ilə xalqın əlaqələrinin daha da möhkəmləndiyini, xalqımızın öz ordusuna inandığını, güvəndiyini və arxalandığını xüsusi vurğulayan nazir qeyd edib: “İnanıram ki, Siz bu etimadı, inamı Vətənə, xalqa, dövlətə sədaqətli xidmətinizlə doğruldacaq, ölkəmizin təhlükəsizliyinin keşiyində, torpaqlarımızın müdafiəsi naminə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin əmrlərinə hər an hazır olacaq və “Qarabağ torpağı erməni işğalçılarının ayağı altında od tutub yanacaqdır” şüarı ilə başlayacağımız yeni 2016-cı ildə xalqımızı qələbə müjdələri ilə sevindirəcəksiniz.
Bayramlar ərəfəsində şəhidlərimizin xatirəsini bir daha hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailə üzvlərini, Vətən uğrunda sağlamlığını itirən döyüşçülərimizi, müharibə və Silahlı Qüvvələr veteranlarını, eyni zamanda, hazırda düşmənlə təmas xəttində, döyüş növbəsində, qarovul xidmətində, xarici dövlətlərdə sülhməramlı qüvvələrin tərkibində xidmət edən şəxsi heyəti ürəkdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti və xidmətdə uğurlar arzulayıram.
Arzu edirəm ki, 2016-cı il Qarabağın işğaldan azad ediləcəyi və qələbə ili kimi tarixə düşsün!
Hərbi anda sədaqətə, çətin, şərəfli hərbi xidmətdə fədakarlığa və böyük qələbəmizə inama görə hər birinizə minnətdarlığımı bildirirəm”.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Sərxoşun dalğalarla rəqsi - VİDEO

25 Aprel 2017 01:03

Əfqanıstanda partlayış:

25 Aprel 2017 00:57

ABŞ Suriyaya qarşı sanksiyaları genişləndirdi

25 Aprel 2017 00:49

ABŞ-dan Suriya alimlərinə sanksiya

25 Aprel 2017 00:38

Dünya ŞOKDA:

25 Aprel 2017 00:27

Abşeron rayonunda “KamAZ”-la “Opel” toqquşdu: 2 yaralı

25 Aprel 2017 00:19

Tramp Marsa uçuş planını açqladı: “Ən pis halda...”

25 Aprel 2017 00:18

Ətirli otun ŞƏFAVERİCİ GÜCÜ

25 Aprel 2017 00:05

Günün qoroskopu: işlərin gedişatına xeyirlidir

25 Aprel 2017 00:05

Astroloji proqnoz - 25 aprel

25 Aprel 2017 00:03

Bu fotolara 3 milyon baxdı

24 Aprel 2017 23:57

"Çelsi"dən futbolçuya 65 milyon avro

24 Aprel 2017 23:57

Qəbələyə nam salan 6 yaşlı pəhləvan - FOTO/VİDEO

24 Aprel 2017 23:53

"Ondan daha yaxşısı yalnız Messidir"

24 Aprel 2017 23:52

Premyer Liqa:

24 Aprel 2017 23:52

Bir vaxtın məşhur modeli kəndə köçüb - FOTO

24 Aprel 2017 23:47

"Belə hisslər yaşamamışdım"

24 Aprel 2017 23:47

Hepatit B və C ilə bağlı QORXUNC STATİSTİKA

24 Aprel 2017 23:47

Rusiya XİN Dilqəm Əsgərovla bağlı sorğunu cavablandırdı

24 Aprel 2017 23:44

Bir aya saçları uzadan MASKA

24 Aprel 2017 23:42

"Mbappe Anelka və Ronaldu arasında seçim etməlidir"

24 Aprel 2017 23:42

Ölü arılardan SAĞLAMLIQ CÖVHƏRİ

24 Aprel 2017 23:42

19 yaşlı “KEDİCİK” rəqsiylə digərlərini kölgədə qoydu - VİDEO

24 Aprel 2017 23:38

"Zəhərli zob"un əsas ƏLAMƏTLƏRİ: nələr təhlükəlidir?

24 Aprel 2017 23:32

"Bavariya" sabiq hücumçusunu qaytarmaq istəyir

24 Aprel 2017 23:32

Rəcəb Tayyib Ərdoğan erməni patriarxa məktub ünvanladı:

24 Aprel 2017 23:32

Tramp BMT-də islahatlara çağırıb

24 Aprel 2017 23:27

Bu içkiləri qarışdırmayın - QORXUNC NƏTİCƏ

24 Aprel 2017 23:23

YENİ KƏŞF - Saçı analiz edib, xəstəliklərdən xəbər verəcəklər

24 Aprel 2017 23:22

Hamilə xanımına məşhur aktrisa ilə xəyanət edir - FOTO

24 Aprel 2017 23:17

Bu içkilərin istehlakı İNSULT VƏ AĞIL ZƏİFLİYİNƏ səbəb olur

24 Aprel 2017 23:17

52 yaşlı Monika Belluççi gözəlliyi ilə hamını valeh etdi -

24 Aprel 2017 23:14

Cey Lo sevgilisi ilə görüşə transparan geyimdə getdi - FOTO

24 Aprel 2017 23:12

Hamiləlik zamanı smartfondan istifadə etməyin! - GİZLİ TƏHLÜKƏ

24 Aprel 2017 23:12

Rusiya XİN-dən Dilqəm Əsgərov haqda açıqlama

24 Aprel 2017 23:12

İlin ən əsas film hadisəsinə günlər qaldı

24 Aprel 2017 23:05

Tez-tez köpürsünüzsə... - 5 SADƏ MƏSLƏHƏT

24 Aprel 2017 23:05

Tramp Merkelə zəng etdi

24 Aprel 2017 23:04

Putindən YENİ HƏMLƏ: 2015-ci ilin ssenarisi təkrarlanır

24 Aprel 2017 23:03

BİOLOJİ YAŞINIZI təyin edin - SADƏ TEST

24 Aprel 2017 22:57

Bakı səmasında inanılmaz hadisə

24 Aprel 2017 22:54

Dəri üzərindəki nöqtələrə neyrofizioloji reflekslərlə təsir

24 Aprel 2017 22:52

Hamilə aktrisanın yeni fotoları

24 Aprel 2017 22:52

Bu içkilər beldəki yağları yandırır - RESEPT

24 Aprel 2017 22:52

Məşhurların İnstaqram biznesi - milyon dollarlıq paylaşım

24 Aprel 2017 22:52

Filmlərdəki maraqlı səhnələr BELƏ ÇƏKİLİR - FOTOLAR

24 Aprel 2017 22:48

Tramp və Merkel arasında telefon danışığı olub -

24 Aprel 2017 22:45

20 milyon insan ölə bilər - ŞOK AÇIQLAMA

24 Aprel 2017 22:42

Məşhur müğənni "Eşkıya dünyaya hükümdar olmaz"da - FOTO

24 Aprel 2017 22:37

Tramp, Putin və Kim ilk dəfə bir yerdə - FOTO

24 Aprel 2017 22:33